Şəkidə Baş Şabalıd kəndi ilə şəhəri birləşdirən körpünü 2 il əvvəl sel suları aparıb.
Bu barədə "Report"a Baş Şabalıd kənd bələdiyyəsinin sədr müavini İslam Bəkirov məlumat verib.
O bildirib ki, körpü 7 il bundan əvvəl salınıb: "Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən axıb gələn Quru çay üzərində olan körpü sakinlərə dörd il xidmət göstərə bilib. Çaya gələn sel suları körpünü tən ortadan yuyub aparıb. Min nəfər sakini olan Baş Şabalıd kəndinə gediş-gəliş olduqca çətindir. Bu hal yay aylarında özünü bir o qədər göstərməsə də payız və qış aylarında vəziyyət acınacaqlı olur. Sakinlərin sözlərinə görə, çay üzərində müvəqqəti salınan keçidi su yuduqda qalırlar o tayda. Bu taya keçmək üçün isə yalnız yük avtomobillərindən istifadə olunur".
İ.Kərimov əlavə edib ki, körpü dağılandan sonra dərhal Şəki Şəhər İcra Hakimiyyətinin başçısı və aidiyyatı qrumların nümayəndələri gəldilər və vəziyyətə baxıb layihələşdirəcəklərini bildirdilər. Sonradan texnika göndərildi və alternativ keçid yaradıldı. Yarım ay öncə məni Baş Göynük İcra Nümayəndəliyinə dəvət edərək bildirdilər ki, 2023-cü ildən körpünün tikintisinə başlanacaq."