Səfir: "Azərbaycan və İran arasında dəmir yolu tikintisi sürətlənəcək"

Bakı. 10 fevral. REPORT.AZ/ Rəşt (İran) - Astara (Azərbaycan) və Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun tikintisi əvvəlkindən də sürətli davam edəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Astara-Astara dəmir yolu xəttinin, 2017-ci ildə isə Qəzvin-Rəşt xəttinin tikintisinin tamamlanması planlaşdırılır: "Bununla paralel olaraq Rəşt-Astara dəmir yolu xəttinin tikintisi həyata keçiriləcək".

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28