Saleh Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək

İyulun 21-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a AAYDA-dan məlumat verilib.

Qəbul saat 11:00-da İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin İsmayıllı rayonu “9 №-li Yol İstismarı” və Ağsu rayonu “16 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28