Sabah Sumqayıtın bəzi ərazilərinə içməli su məhdudiyyətlə veriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 12-də Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilən magistral su xətti şəbəkəyə birləşdiriləcək.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, bununla əlaqədar sabah saat 08:00-dan etibarən gün ərzində şəhərin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53