Sabah Sabunçu stansiyasının girişi istiqamətindəki keçiddən avtomobillərin hərəkəti dayandırılacaq

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar olaraq, avqustun 22-i səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Digər xəbərlər

Maştağada iki gün su olmayacaq 10 mart, 2026 / 17:50