Rusiyanın daha bir aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

Bakı. 24 may. REPORT.AZ/ Rusiyanın "İrAero" aviaşirkəti bu ilin iyun ayından Bakıya uçuşlar həyata keçirməyə hazırlaşır. 

"Report" şirkətə istinadən xəbər verir ki, Azərbaycan paytaxtına yeni aviareyslər İrkutsk və Krasnoyarsk şəhərlərindən yerinə yetiriləcək. 

Belə ki, İrkutsk-Krasnoyarsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 4-dən olmaqla həftənin çərşənbə və bazar günləri reallaşdırılacaq. Bunun üçün "Sukhoi Superjet 100" markalı sərnişin təyyarələrindən istifadə ediləcək. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53