"Rusiya Dəmir Yolları" ASC "Samur" (Dağıstan) sərhəd-keçid məntəqəsi vasitəsilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə, daha sonra isə Azərbaycan-İran sərhədindəki "Astara" keçid məntəqəsindən tranzitlə dənli və dənli paxlalı bitkilərin vaqonlarla ixrac daşımalarına 38 %-lik güzəşt tətbiq edib.
Bu barədə "Report" RDY-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, endirim 30 iyun 2027-ci ilə qədər qüvvədə olacaq.
Bundan əlavə, RDY taxılın Cənub və Şimali Qafqaz federal dairələrindən Azov-Qara dəniz və Xəzər hövzələrinin limanlarına 800 km-ə qədər məsafəyə daşınmasına əvvəllər tətbiq edilmiş güzəştlərin tətbiqi şərtlərini genişləndirib.