Bakı. 19 iyun. REPORT.AZ/ İyulun 5-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yolu idarələri rəhbərlərinin görüşü keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
Onun sözlərinə görə, gələn ay keçiriləcək üçtərəfli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası məsələləri müzakirə ediləcək.
C.Qurbanov əlavə edib ki, dəmir yolu xəttinin bu il istismara verilməsi nəzərdə tutulub.