İşğaldan azad edilmiş ərazilərdə təmiz ətraf mühitin təmin olunması yaxın 10 ildə əsas strateji istiqamətlərdəndir.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatın təqdimatında bildirib.
O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yeni imkanlar yaradıb:
"Azad edilmiş torpaqlarda "yaşıl" enerji, "yaşıl" kənd təsərrüfatı və "yaşıl" texnologiyaların tətbiqi üçün çox böyük potensial var. Bu ərazilərin bərpası zamanı müasir yanaşmaların tətbiqi gələcəkdə Qarabağın ekoloji problemlərdən azad "yaşıl" zonaya çevrilməsinə gətirib çıxaracaq".
R.Hacıyev qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın "yaşıl" texnologiyalar əsasında inkişafına investisiyalar hər il artır:
"Böyük investisiya tələb edən sahələrin inkişafı ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından da özünü doğruldur. "Yaşıl" iqtisadiyyata keçid mərhələsində resurslara qənaət, xammaldan təkrar istifadə, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməliyik və beynəlxalq əməkdaşlığı gücləndirməliyik".
Qarabağ üçün yaxın 10 ildə əsas strateji istiqamət açıqlanıb
Digər xəbərlər
Discover the World Belçika və Niderlandda Azərbaycan Hava Yollarının rəsmi nümayəndəsi təyin edilib
14 oktyabr, 2026 / 13:09
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
14 oktyabr, 2026 / 13:04
Laçın və Zəngilanda Səyyar Gənclər Xidməti fəaliyyət göstərəcək
14 oktyabr, 2026 / 12:57
Qarabağda Yüksəliş müsabiqəsi qaliblərinin forumu keçiriləcək
14 oktyabr, 2026 / 12:49
Məsim Məmmədov: Gələn il Laçında yolların yenilənməsinin II mərhələsi başlayacaq
14 oktyabr, 2026 / 12:39
Nazir müavini: Xankəndidəki stadionun yenidənqurma işləri tamamlanmaq üzrədir
14 oktyabr, 2026 / 12:34
Xüsusi nümayəndə: Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir
14 oktyabr, 2026 / 12:26
Türk Dövlətləri Rəqabət Şurasında Rəqabət İnstitutunun yaradılması təklif edilir
14 oktyabr, 2026 / 12:14
Ədalət Muradov: Milli Fəaliyyət Planının məqsədi iqtisadi artıma təkan verməkdir
14 oktyabr, 2026 / 11:54
AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb
14 oktyabr, 2026 / 11:14
Azər Əmiraslanov: Rəqabət mühitində dövlət dəstəyi şirkətləri daha məsuliyyətli edir
14 oktyabr, 2026 / 11:06
Səfir: Baku Build sərgisində 46 İtaliya şirkəti iştirak edir
14 oktyabr, 2026 / 11:03
Dövlətxan Dövlətxanov: Şəhərsalma layihələrimizi beynəlxalq ictimaiyyət diqqətlə izləyir
14 oktyabr, 2026 / 10:50
Bəşir Hacıyev: Azərbaycan keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır
14 oktyabr, 2026 / 10:40
İlham Əliyev: Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır
14 oktyabr, 2026 / 10:38
Elnur Bağırov: Sağlam rəqabət mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir
14 oktyabr, 2026 / 10:35
Rəhman Hacıyev: Qarabağda minalardan təmizlənmə ən yüksək templə aparılır
14 oktyabr, 2026 / 10:30
Laos Azərbaycan limanlarını Cənub-Şərqi Asiya bazarları ilə əlaqələndirməyi təklif edib
14 oktyabr, 2026 / 10:28
Məsim Məmmədov: Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb
14 oktyabr, 2026 / 10:19