Pirallahıda 3 küçə təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirallahı rayonunda ümumi uzunluğu 4,6 kilometr olan 3 küçəni təmir edib.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir işləri rayonun Kamil Rzayev (2,26 kilometr), Yavər Əliyev (1,76 kilometr) küçələri və 39-cu məhəllənin yollarında aparılıb.

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 27,600 kvadratmetr təşkil edib.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09