Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib

Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru vəzifəsinə yeni təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Mehman Əliyeva həvalə edilib.

“Absheron Saffron Ltd”in rəhbəri 2021-ci ilin 28 avqust tarixindən Fikrəd Cəfərov olub.

Xatırladaq ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb, 2019-cu ildə ona rezidentlik statusu verilib. Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir. Şirkətin nizamnamə kapitalı 180 min 400 manat təşkil edir.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53