2021-ci il ərzində Bakı şəhərində həyata keçirilən tikintinin əsas göstəriciləri açıqlanıb.
“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ötən il ərzində Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,3 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,4 %-ini əsaslı təmir, 5,5 %-ini cari təmir, 19,8 %-ini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 90,1 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.