Nərimanov rayonunda nəqliyyatın hərəkəti bərpa edilib

Bakı şəhəri, Nərimanov rayonunda baş verən yanğınla əlaqədar metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda, “Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar bir neçə küçəyə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmuşdu. Bununla əlaqədar 5, 24, M8202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olunmuşdu.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25