Nərimanov prospektində hərəkət məhdudlaşdırılacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar Yasamal rayonu, Nərimanov prospektində nəzərdə tutulan hərəkətin məhdudlaşdırılması ətraf ərazilərdə sıxlığın yaranmasının qarşısını almaq məqsədi ilə təxirə salınıb. 

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda qeyd edilib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması 21 yanvar tarixindən tətbiq ediləcək.

Digər xəbərlər

Maştağada iki gün su olmayacaq 10 mart, 2026 / 17:50