Naxçıvanda əsas kapitala yönəldilən vəsaitin həcmi 2 %-dək artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında vəsait qoyuluşları çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 885 milyon 386 min manat vəsait yönəldilib.

Bu barədə “Report”a yerli Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, bir il öncəki göstəricidən 1,8 % çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 834 milyon 639,9 min manatı və ya 94,3 %-i tikinti-quraşdırma işlərinin payına düşüb.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə əsas kapitala 11 milyard 774,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 % çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 % artıb.

Digər xəbərlər