Minsk Avtomobil Zavodu (MAZ) Azərbaycanla birgə qarşılıqlı fəaliyyət üçün yaxşı perspektivlərin olduğunu qeyd edir.
“Report”un Ağdama ezam olunmuş müxbirinin məlumatına görə, bunu MAZ-ın baş direktoru Valeri İvankoviç bildirib.
"Bizim çox sayda təmas nöqtələrimiz var. Bizi uzun illər birgə əməkdaşlıq birləşdirir", - o, “Report”un sualına cavab olaraq jurnalistlərə bildirib.
V.İvankoviç vurğulayıb ki, Gəncə zavodu ilə əməkdaşlıq zamanı qazanılmış təcrübə münasibətlərin möhkəmlənməsinə kömək edir: "Buna şassilərin, sərnişin texnikasının tədarükü, həmçinin maşınların tam qaydaya salınması təsir edir".