"Kazmortransflot" ötən il Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb

"Kazmortransflot" ("Kazmunaygaz"ın törəmə şirkəti, KMG) 2025-ci ildə Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb.

Bu barədə "Report" KMG-yə istinadən xəbər verir.

"Ötən ilin yekunları üzrə, KMG-nin törəmə şirkəti Xəzər dənizi ilə konteyner daşımalarında davamlı artım nümayiş etdirərək Qazaxıstanın tranzit-nəqliyyat potensialının inkişafında mövqelərini möhkəmləndirib. Belə ki, ötən il Aktau-Bakı-Aktau fider xətti üzrə 59,4 min TEU (20 fut ekvivalentində) konteyner daşınıb. Bu göstərici 2024-cü illə müqayisədə (51,4 min TEU) 15 %-dən çoxdur", - məlumatda qeyd edilib.

Bildirilib ki, bununla bağlı müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımalara tələbatın artması ilə əlaqədardır.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28