İcra başçısı: "Ağdamın kəndlərində elektrik enerjisinin verilişi bərpa olunub"

Ağdam. 5 aprel. REPORT.AZ/ "Ötən gecə ermənilərin Ağdam rayonunun Qaradağlı kəndi ərazisindəki elektrik yarımstansiyasını partlatması nəticəsində işıqsız qalan 11 kənddən 10-da elektrik enerjisinin verilişi bərpa olunub".

Bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib. 

Onun sözlərinə görə, yalnız bir kənddə elektrik enerjisinin bərpa olunması mümkün olmayıb: "Həmin kənd mütəmadi olaraq erməni ordusu tərəfindən atəşə məruz qaldığından, "Azərişıq" ASC-nin nümayəndələri oraya yaxınlaşa bilmir". 

Digər xəbərlər