Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib.

"Report"un Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.

Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov və "LUKOIL Azərbaycan" QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.

Təqdimatı E.Hüseynov edib.

Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin baş planı, inşa olunan yaşayış kompleksləri və mərkəzi park layihəsi barədə də məlumat verilib.

Bu gün həmçinin Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı gözlənilir.

Digər xəbərlər