Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09