Bu ilin yanvar-fevral aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,1 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,6 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,2 %-ini əsaslı təmir, 4,6 %-ini cari təmir, 23,6 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında ölkədə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 55,4 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 17,2 %-ini əsaslı təmir, 5,8 %-ini cari təmir, 21,6 %-ini isə digər tikinti işləri təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ümumi inşaat işlərinin 90,2 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.