Bu ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 513,6 min sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 % çoxdur.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşımaların 99,2 %-i dövlət, 0,8 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 19,6 % artaraq, 273,8 min ton olub.