Bu ilin yanvar-oktyabr aylarında Bakıda ümumi inşaat işlərinin 91,8 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu ilin 10 ayında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 74,4 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,8 %-ini əsaslı təmir, 5,5 %-ini cari təmir, 11,3 %-ini isə sair tikinti işləri təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 774,5 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 8,2 % çox vəsait yönəldilib.