Bakı. 25 may. REPORT.AZ/ Bu gün Bakıda saat 22:00-dan səhər saatlarınadək Fətəli xan Xoyski prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.