Bakı. 30 aprel. REPORT.AZ/ Yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Report” “Azərsu” ASC-yə istinadən məlumat verir ki, məhdudiyyət bu gün ərzində Nəsimi və Nərimanov rayonlarının bir hissəsində olacaq.