Bu axşam İnşaatçılar və Tbilisi prospektlərində yol bağlanacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Bu axşam saat 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektlərində rəngləmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, bu, Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra ediləcək.

"Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53