Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun bir hissəsi təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsinə giriş hissəsində aparılan təmir işlərini yekunlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri 4 500 kvadratmetr sahəni əhatə edib. Görülən işlər çərçivəsində sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28