Bakının Sulutəpə qəsəbəsində yol infrastrukturu yenidən qurulur - VİDEOREPORTAJ

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yol infrastruktunu yenidən qurur.

Bununla bağlı “Report”a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yenidənqurma çərçivəsində qəsəbənin Ruslan Allahverdiyev küçəsinin təmirinə başlanılıb. 

Bununla yanaşı, adı çəkilən küçəyə paralel küçələrdə də iş gedir. Ümumilikdə 4 km-ə yaxın yolda kompleks tədbirlər həyata keçirilir. Vətəndaşların rahat hərəkəti üçün yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq istifadəyə veriləcək. Nəticədə tamamilə yeni, müasir yol infrastrukturu yaradılacaq. 

Video: Rəşad Tuncay

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53