Bakının Səbail rayonunun Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində qəza baş verib.
"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
"Qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 18-də gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. "Azərsu" yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir", - deyə məlumatda qeyd edilib.