Bakının Səbail rayonunda su kəsiləcək

Bakının Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Badamdar qəsəbəsinə və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Digər xəbərlər

Qubada WUF13 Festivalı başlayıb 30 aprel, 2026 / 13:51