Bakının Nizami rayonunda su kəsiləcək

Bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb rayonun ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılmasıdır. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Digər xəbərlər

Qubada WUF13 Festivalı başlayıb 30 aprel, 2026 / 13:51