Binəqədi və Nərimanov rayonlarına içməli suyun verilməsində fasilə yaranıb

Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə "Report"a Azərsu ASC-dən bildirilib.

Qeyd edilir ki, fasiləyə səbəb magistral su kəmərində (Ə.Rəcəbli küçəsində) baş vermiş qəzadır.

Hazırda qəza briqadaları əraziyə cəlb olunub.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53