Bakının Cəlil Məmmədquluzadə küçəsində və İzmir prospektində su kəsiləcək

Sabah gündüz saatlarına qədər Bakının Cəlil Məmmədquluzadə küçəsinə və İzmir prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Digər xəbərlər