Bakının Biləcəri qəsəbəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar bu gecədən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

 Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Digər xəbərlər