Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Ziya Bünyadov prospekti (20 Yanvar Dairəsi istiqamətində) və Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilib.

Eyni zamanda Üzeyir Hacıbəyov küçəsi (mərkəzə doğru) və Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı) avtomobillərin hərəkətində sıxlıq yaranıb. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53