Bakıda növbəti səyyar sənəd qəbulu keçiriləcək

Sabah Bakının Nəsimi rayonunda, Akademik Həsən Əliyev küçəsi, 1030-cu məhəllə ünvanında növbəti səyyar sənəd qəbulu keçiriləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda həmçinin deyilir ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 22 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53