Bu ilin mart ayında Bakıda müntəzəm marşrut xətləri ilə 39,4 milyon sərnişin daşınıb.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bunun 64%-i gediş haqqını nağdsız ödəyib.
Ötən ay vətəndaş müraciətləri nəzərə alınmaqla iki yeni müntəzəm marşrut xətti təşkil edilib. Nəticədə gündəlik 1 700 nəfərdən artıq vətəndaşın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. 9 müntəzən marşrut xətti üzrə isə hərəkət sxemi təkmilləşdirilib.