Bu ilin yanvar-sentyabr aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilən ümumi inşaat işlərinin 91,2 %-ini qeyri-dövlət tikinti müəssisələri həyata keçirib.
“Report” Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin 9 ayı ərzində paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 71,8 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 9,2 %-ini əsaslı təmir, 6 %-ini cari təmir, 13 %-ini isə sair tikinti işləri təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin 9 ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 154,4 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 4,6 % çox vəsait yönəldilib.