Bakıda inşaat işlərinin 91 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər

Bu ilin yanvar-mart aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi açıqlanıb.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, inşaat işlərinin 61,3 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,5 %-ini əsaslı təmir, 5,4 %-ini cari təmir, 24,8 %-ini isə sair tikinti işləri təşkil edib.

Bildirilir ki, ümumi inşaat işlərinin 90,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Digər xəbərlər