Bakıda inşaat işlərinin 91 %-ni özəl müəssisələr yerinə yetirib

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,1 %-ini tikinti, yenidənqurma və genişləndirmə işləri təşkil edib.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, yerinə yetirilmiş inşaat işlərinin 9,1 %-ini əsaslı təmir, 6,6 %-ini cari təmir, 19,2 %-ini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 91,2 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 299,6 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 0,7 % çox vəsait yönəldilib. Sərmayə qoyuluşunun 72,5 %-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Ümumi sərmayənin 387,1 milyon manatı (6,2 %-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28