Bakıda inşaat işlərinin 89%-ni özəl tikinti müəssisələri yerinə yetirib

Bu ilin yanvar-mart aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,7%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,1%-ni əsaslı təmir, 5,6%-ni cari təmir, 21,6%-ni isə sair tikinti işləri təşkil edib.

Bu barədə “Report” Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, ümumi inşaat işlərinin 89,4%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28