Bu ilin yanvar-iyul aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,6 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,3 %-ni əsaslı təmir, 5,7 %-ni cari təmir, 21,4 %-ni isə sair tikinti işləri təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, ümumi inşaat işlərinin 88,4 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.