Bakıda inşaat işlərinin 87%-ni özəl sektor yerinə yetirir

Bu ilin yanvar-sentyabr aylarında Bakıda yerinə yetirilmiş inşaat işlərinin 65%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,7%-ni əsaslı təmir, 5,7%-ni cari təmir, 22,6%-ni isə sair tikinti işləri təşkil edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ümumi inşaat işlərinin 87,2%-ni qeyri-dövlət (özəl) tikinti müəssisələri yerinə yetiriblər.

Digər xəbərlər