Bu ilin yanvar-sentyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 393,4 milyon manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 20,5 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 338,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 86,1 %-ini təşkil edib.