Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Bu müddətdə nağdsız ödənişlərin payı isə 84,3 %-dən 89,1 %-ə yüksəlib.
Bu ilin 8 ayı ərzində avtobuslarda nağdsız ödənişlərin 60 %-i "BakıKart", 28 % –i EMV (bank kartları), 12 %-i isə QR kodla aparılıb.