Bakıda aparılan tikintinin göstəriciləri açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin əsas göstəriciləri açıqlanıb.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu ilin 4 ayı ərzində yerinə yetirilmiş inşaat işlərinin 62,1 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,1 %-ini əsaslı təmir, 6,2 %-ini cari təmir, 23,6 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,3 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Digər xəbərlər