Bakıda 10 ayda inşaat işlərinin 90 %-ni özəl müəssisələr icra edib

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ümumi inşaat işlərinin 89,7 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 10 ayında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 5,6 %-ni əsaslı təmir, 7,1 %-ni cari təmir, 4,5 %-ni isə sair tikinti işləri təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 79,9 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,8 %-ni əsaslı təmir, 8 %-ni cari təmir, 5,3 %-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,1 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Digər xəbərlər