Bakı-Şamaxı-Yevlax yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpir.

Bu barədə “Report”a AAYDA-dan bildirilib.

Məlumata görə, bununla da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur: “Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur”.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28