Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi məlum olub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** saat 12:59

Bakı. 2 iyul. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva reysinin təxirə salınmasının səbəbi məlum olub. 

"Report" xəbər verir ki, uçuşun baş tutmaması onu yerinə yetirəcək "Boing" markalı təyyarədə texniki nasazlığın yaranması ilə bağlıdır.  

Bir qədər əvvəl AZAL-ın nümayəndələri təyyarının havaya saat 13:00-da qalxacağını bildirsələr də, aviareys yenidən təxirə alınıb. Hazırda təyyarədə təmir işləri aparılır. 

Xatırladaq ki, aviareys Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiya paytaxtının Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli idi. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53