Bakı. 20 may. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "İnşaatçılar" stansiyasının 1-ci çıxışında (ATS tərəfə) 3 saylı eskalatorun əsaslı təmiri başa çatıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, artıq bu gündən eskalator sərnişinlərin istifadəsinə verilib.
Qeyd edək ki, eskalatorun təmirinə fevralın 24-də başlanılıb və mayın 22-də başa çatdırılmalı idi.